Böyük maraqla gözlənilən və bu dəfə fərqli formatda keçiriləcək olan 9-cu VTP proqramı VTP Nano çox yaxında! Sosial məsuliyyət fəaliyyətlərimiz çərçivəsində təşkil etdiyimiz VTP - Gənclərin iş dünyasını daha yaxşı anlaması üçün virtual şəkildə təşkil olunmuş Təcrübə Proqramıdır. Proqram, pandemiya dövrünü səmərəli dəyərləndirmək üçün 2020-ci il 21 oktyabr-21 dekabr tarixlərində başlamışdır. 8 dəfə uğurla tamamlanan və 9-cusu keçiriləcək olan VTP bu dəfə fərqli formatda təşkil olunacaq.