10 Avquts 2024 tarixində Caspian Plaza, Lotfi Zadeh Technology Center-də 9-cu VTP NANO proqramının yekun görüşü və mükafatlandırma mərasimi keçirilmişdir. 4 ay davam edən VTP-9 NANO proqramında yüksək nəticə göstərən iştirakçıların təltif olunması məqsədilə keçirilən görüşdə ilk 3 yerin sahibinə pul mükafatı, həmçinin digər iştirakçılara da sertifikatlar təqdim olunmuşdur. Tədbirdə hədiyyə qaliblərinin müəyyən olunması məqsədilə final sorğusu keçirilmişdir. Həmçinin tədbir çərçivəsində Buta Grup CEO-su Alim Şentürkün çıxışı, mükafatlandırma, bağlanış çıxışı keçirilmişdir. İştirakçıları təbrik edir və karyeralarında uğurlar arzu edirik!