Ölkə səviyyəsində Ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, dövlət orqanlarının və hüquqi şəxslərin işçi heyəti, eləcə də ev təsərrüfatları üzvləri üçün rəqəmsal bacarıqların müşahidəsi sorğusunun aparılmasına dəstək məqsədilə Dövlət Statistika Komitəsi nəzdində fəaliyyət göstərən Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi üçün proqram təminatının hazırlanması layihəsini yerinə yetirmişik. Layihə anket sorğularının onlayn və oflayn şəkildə aparılmasını təmin etmək məqsədilə giriş məlumatlarını əldə edəcək idarəetmə, tənzimləmə və yoxlama sistemindən, eləcə də bu məlumatlar əsasında statistik nəticələrin formalaşdırılması üçün çıxış məlumatlarının əks olunması və idarəedilməsi sistemindən ibarətdir.