8-ci VTP Proqramının Yekun Görüşü və Mükafatlandırma Mərasimi Keçirildi!

4 Noyabr 2023 tarixində Caspian Plaza, Lotfi Zadeh Technology Center-də 8-ci VTP proqramının yekun görüşü və mükafatlandırma mərasimi keçirilmişdir.

3 ay davam edən VTP’23 YAY proqramında yüksək nəticə göstərən iştirakçıların təltif olunması məqsədilə keçirilən görüşdə ilk 5 yerin sahibinə qiymətli hədiyyələr, həmçinin digər iştirakçılara da sertifikatlar təqdim olunmuşdur.

Tədbirdə hədiyyə qaliblərinin müəyyən olunması məqsədilə final sorğusu keçirilmişdir. Həmçinin tədbir çərçivəsində şöbə rəhbərlərinin çıxışı, mükafatlandırma, bağlanış çıxışı keçirilmişdir. Tədbirdən sonra isə şirkət CEO-su və şöbə rəhbərlərinin iştirakı ilə iştirakçılarla vəda yeməyi baş tutmuşdur.

İştirakçıları təbrik edir və karyeralarında uğurlar arzu edirik!