Problemin həlli mərkəzi

Virtual Təcrübə Proqramı 700 gəncə çatdı!

VTP - Gənclərin iş dünyasını daha yaxşı anlaması üçün virtual şəkildə təşkil olunmuş Təcrübə Proqramıdır. Proqram, pandemiya dövrünü səmərəli dəyərləndirmək üçün 2020-ci il 21 oktyabr-21 dekabr tarixlərində başlamışdır. Proqrama olan yüksək tələbat növbəti illər üçün davamlı şəkildə virtual təcrübə proqramları təşkil etməyimizə zərurət yaratdı. Böyük maraqla qarşılanan "VTP'20 Payız", "VTP'21 Yaz", "VTP'21 Yay", "VTP'21 Payız", "VTP'22 Yaz", "VTP'22 Yay" və "VTP'22 Qış" proqramlarını bitirmiş və hal-hazırda "VTP'23 Yay" proqramı ilə sosial layihəmizi davam etdirməkdəyik. Bugünə qədər ümumilikdə 8 dəfə keçirilən proqrama 6199 namizəd müraciət etmiş, 721 nəfər iştirak haqqı qazanmışdır. 288 vebinar, 78 rəhbərlə görüş və 397 praktiki görüş keçirilmişdir. İştirakçıların öyrəndiklərini möhkəmləndirmək məqsədilə 139 tapşırıq verilmişdir. Ümumi keçirilən proqramlar ərzində 72 nəfər işə qəbul olunmuşdur.