What is Kaizen.az for?

Kaizen.az bir çox mövzuda maraqlı və öyrədici məqalələr paylaşılan yerli bir saytıdır. Kaizen.az 2020-ci ilin oktyabrında yaradılmış və bu günə qədər də fəaliyyətini davam etdirməkdədir. “Uğura gedən yolda bizimlə addımlayın” şüarı ilə gənclərə dəstək olmaq yolundadır. Saytda beş bölmə üzrə davamlı olaraq məqalələr paylaşılır:

  1. Fərdi İnkişaf
  2. Biznes Dünyası
  3. Səyahət
  4. Hekayələr
  5. Filmlər

Hər bölmə üzrə olduqca geniş palitrada paylaşılan məqalələr həm öyrədici, həm də kifayət qədər maraqlıdır. Burada siz özünüzü necə inkişaf etdirə biləcəyinizi, ödənişsiz kurs, hətta universitetləri, karyera həyatında necə uğurla başlayacağınızı, CV düzəltməyi, müsahibədə nə etməli olduğunuzu, ucuz qiymətə gəzə biləcəyiniz bölgələri, maraqlı filmləri, böyük firmaların strategiyalarını və daha nələr-nələri tapa bilərsiniz.

Onu da qeyd edək ki, saytda təkcə oxumaqla məhdudiyyətlənmirsiniz. Nəzərinizə çatdıraq ki, saytda paylaşılan məqalələri oxumaqla yanaşı, qeydiyyatdan keçərək, bizlərə və istifadəçilərə fayda qazandıracağını düşündüyünüz istənilən mövzu, şəxsi təcrübə, həmçinin uğur hekayələri ilə bağlı məqalələr yazıb, paylaşa bilərsiniz. Məqalələr, bir gün ərzində komanda tərəfindən təsdiq olunduqdan sonra paylaşılacaqdır.

Həmçinin siz Kaizen.az saytının sosial media hesablarını izləyərək yeniliklərdən xəbərdar ola bilərsiniz.


Website: https://kaizen.az/

LinkedIn: https://www.linkedin.com/company/kaizenaz/

Facebook: https://www.facebook.com/kaizenazerbaycan/

Instagram: https://www.instagram.com/kaizen.az/

Telegram: https://t.me/kaizen_az